AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.03.2016 12:49

Güləşçilərimiz U-23 Avropa çempionatına hazırlıqları davam etdirir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
29 mart - 3 aprel 2016-cı il tarixdə Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Məlumat üçün bildirək ki, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq.

Yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb. 

Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. 

Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub. 


Oxu 2303 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW