AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.03.2016 05:15

AÇ-2016: Nataliya Sinişin qızıl medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

Yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. 

Çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb. 

Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenkov və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Final görüşünü də qələbə ilə başa vuran Nataliya Sinişin Avropa çempionatının qızıl medalına sahib olub. 

58 kq
1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 2:4
1/4 final - Ganna Vasilenko (UKR) - Nataliya Sinişin 0:5
1/2 final - Nataliya Sinişin - Elin Johanna Nilsson (SWE) 12:2
FİNAL - Nataliya Sinişin - Grace Jacob Bullen (NOR) 3:1

69 kq
1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA) 3:5

70 kq
1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev 7:5

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS) 6:3
1/4 final - Alan Zaseyev (UKR) - Cəmaləddin Məhəmmədov 6:2

Çempionatın digər görüşlərini aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championship-senior-1 




Oxu 4295 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW