AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.02.2016 12:18

Yeniyetmələrin qitə çempionatlarında iştirakçıların sayı artırılır / QƏRAR

Materialı qiymətləndirin
(4 səs)
Dünya Güləş Birliyi yeniyetmələrin qitə çempionatlarında iştirak edəcək güləşçilərin sayının artırılması barədə qərar qəbul edib. 

Belə ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna biləcək. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib. 

DGB İcraiyyə Komitəsinin belə bir qərar qəbul etməsi bütövlükdə dünyada güləş idman növünün inkişafına və təbliğinə imkan verəcək, həmçinin çox sayda yeniyetmə güləşçinin bu və ya digər səbəbdən kölgədə qalmaması üçün onlara şans verəcək. 

Məlumat üçün bildirək ki, bu il yeniyetmələrin Avropa çempionatı 19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək. 

Mənbə


Oxu 3221 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW