AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.08.2015 23:20

YAÇ-2015: yeniyetmə qızlar 1 gümüş və 1 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. 

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb və günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

38 kq-da mübarizə aparan Zemfira Ələkbərli Ukrayna və Rusiyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Latviya idmançısına uduzan güləşçimiz Avropa çempionatının gümüş medalına yiyələnib. 

43 kq çəkidə Aynur Camalova Avstriya və Almaniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Həlledici görüşdə Polşa idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb. 

Bürünc medal uğrunda görüşə haqq qazanan digər bir idmançımız isə, 56 kq-da yarışan Şəbnəm Həmidova olub. Gürcüstan və İtaliyadan olan rəqiblərini vaxtından əvvəl təmiz qələbə ilə üstələyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşdə Polşa idmançısına uduzan Şəbnəm Həmidova çempionatı 5-ci sırada tamamlayıb. 

38 kq 
1/4 final - Anastasia Lohvinenko (UKR) - Zemfira Ələkbərli 0:4 (təmiz qələbə)
1/2 final - Zemfira Ələkbərli - Ksenia Batanova (RUS) 5:3
FİNAL - Yekaterina Jermonoloka (LAT) - Zemfira Ələkbərli 3:0

43 kq 
1/8 final - Aynur Camalova - Kim Gmeiner (AUT) 10:6
1/4 final - Johanna Meier (GER) - Aynur Camalova 0:8
1/2 final - Stefania Priceputu (ROU) - Aynur Camalova 6:2
Bürünc medal görüşü - Kinga Kapica (POL) - Aynur Camalova 2:2 (təmiz qələbə)

49 kq 
1/8 final - Sona Tumarxanova - Milica Lazic (SRB) 10:0
1/4 final - Leyla Kərimova (RUS) - Sona Tumarxanova 5:0

56 kq
1/8 final - Tamar Xojaşvili (GEO) -  Şəbnəm Həmidova 0:8 (təmiz qələbə)
1/4 final - Şəbnəm Həmidova - Aurora Campagna (İTA) 2:0 (təmiz qələbə)
1/2 final - Şəbnəm Həmidova - İrina Afanasyeva (RUS) 4:6
Bürünc medal görüşü - Dominika Kulviçka (POL) - Şəbnəm Həmidova 8:4


Oxu 3482 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW