AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.08.2015 23:52

YAÇ-2015: sərbəst güləş yarışlarında daha bir qızıl medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. 

Çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.

Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Bir dəqiqə ərzində rəqibini böyük hesablı məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.

Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıb.

46 kq
1/8 final - Röyal Ağamalıyev - Georgios Pilidis (GRE) 4:12

54 kq
1/16 final - Sabutay Əmişov - Lukas Lipnickas (LTU) 10:0
1/8 final - Vano Qodelaşvili (GEO) - Sabutay Əmişov 2:4
1/4 final - İon Soilita (MDA) - Sabutay Əmişov 6:0

63 kq
1/8 final - Tornike Kvinikadze (GEO) - Qurban Qurbanov 10:2

76 kq
1/16 final - Teodoros Kiriakidis (GRE) - Emin Nəcəfzadə 4:6
1/8 final - Miçat Bielanski (POL) - Emin Nəcəfzadə 5:2

100 kq
1/8 final - Alimaqomed Alixmayev - Mehmet Karabulut (TUR) 7:0
1/4 final - Alimaqomed Alixmayev - Adel Bakar (BUL) 8:0
1/2 final - Alimaqomed Alixmayev - Zuriko Urtaşvili (GEO) 9:0
FİNAL - Hovannes Mağakyan (ARM) - Alimaqomed Alixmayev 0:10


Oxu 5966 dəfə
Tweet

Comments   

 
0 #1 Torsten 2017-06-06 04:03
My brother recommended I would possibly like this website.

He was once totally right. This post actually made my day.
You cann't believe simply how a lot time I
had spent for this information! Thank you!

my homepage ... adrienmccaie.ji mdo.com: http://adrienmccaie.jimdo.com/2016/02/23/shoe-lifts-for-leg-length-discrepancy/
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW