AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.06.2015 10:10

Gənc güləşçilərimiz Avropa çempionatında yeni tarix yazdı / YEKUN

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatdı. Güləşçilərimiz çempionatda ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medala sahib olub. 

Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda (6 medal), yunan-Roma güləşi üzrə yığmamız isə, ən çox sayda qızıl medal (3 qızıl) qazanmaqla çempionatda iştirak edən digər komandalardan fərqlənib.

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 3 bürünc medala yiyələnib. Səid Həmidov (120 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə, yığmamıza Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub. 

Gənc qızların mübarizəsində isə, yığmamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb və güləş tariximizdə yeni bir səhifə yazıb. Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə güləşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla komanda hesabında Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb. 

Gənclər arasında Avropa çempionatının son iki günündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz bütün rəqiblərindən daha yaxşı nəticə əldə ediblər. Nofəl Babayev (50 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb, Murad Məmmədov (55 kq) gümüş və Ruhin Mikayılov (66 kq) isə bürünc medala sahib olub. Ümumilikdə, 48 xal toplan yığmamız komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlükdə isə, Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb. 



Oxu 3172 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW