AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.06.2015 02:11

GAÇ-2015: Nofəl Babayev və Orxan Nuriyev qızıl medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 qızıl medalla tamamlayıb.

50 kq çəkidə Nofəl Babayev Bolqarıstan və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Final görüşündə güləşçimiz Rusiya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma güləşçimizin xeyrinə başa çatıb və Nofəl Avropa çempionatının qızıl medalına sahib olub. 

96 kq çəki dərəcəsində güləşən Orxan Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Danimarka, Gürcüstan, Türkiyə və Belarus idmançılarını mübarizədən kənarlaşdırna güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Orxanın rəqibi Bolqarıstan idmançısı olub. Minimal hesablı üstünlük nəticəsində güləşçimiz Avropa çempionatının qızıl medalına yiyələnib. 

50 kq
1/4 final - Nofəl Babayev - Nedyalko Petrov (BUL) 8:0
1/2 final - Nofəl Babayev - Jozsef Andrasi (HUN) 8:2
FİNAL - Nofəl Babayev - Aleksey Kinjigaliev (RUS) 7:6

60 kq
1/8 final - Levan Kavjaradze (GEO) - Kərim Cəfərov 5:0

74 kq
1/16 final - Sənan Əlimirzəyev - Mihail Bradu (MDA) 2:12

96 kq
1/16 final - Orxan Nuriyev - Mathias Bak (DEN) 9:1
1/8 final - Orxan Nuriyev - Nikoloz Kaxelaşvili (GEO) 5:2
1/4 final - Zubeyir Ekinci (TUR) - Orxan Nuriyev 1:9
1/2 final - Dzmitri Kaminski (BLR) - Orxan Nuriyev 0:8
FİNAL - Evgeni Gançev (BUL) - Orxan Nuriyev 1:2



Oxu 6000 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW