AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.06.2015 23:33

GAÇ-2015: qızlarımız komanda hesabında Avropa çempionu oldu / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

Çempionatın üçüncü günündə mübarizəyə qoşulan Leyla Qurbanova (51 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) isə bürünc medal qazanıb.

Bu gün gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

55 kq-da mübarizə aparan cari ilin U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik bu dəfə də finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Rusiya, Fransa və Estoniya idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi İtaliya güləşçisi olub. Alyona Kolesnik görüşü uduzub və çempionatın gümüş medalına sahib olub.

63 kq çəki dərəcəsində yığmamızın üzvü Raqnetta Qurbanzadə İsveç və Rumıniyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Güləşçimiz İtaliya təmsilçisi ilə bürünc medal uğrunda həlledici görüşü öz xeyrinə başa vurub və çempionatı 3-cü sırada tamamlayıb. 

72 kq-da mübarizə aparan Səbirə Əliyeva finala qədər inamla güləşib. Macarıstan, Polşa və Almaniya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna komandasının üzvü ilə qarşılaşıb. Rəqibinə şans verməyən Səbirə Əliyeva Avropa çempionatının qızıl medalına sahib olub. 

Beləliklə, gənc qızların mübarizəsində yığmamız ümumilikdə 1 qızıl (Səbirə Əliyeva), 3 gümüş (Leyla Qurbanova, Alyona Kolesnik və Elis Manolova) və 2 bürünc (Türkan Nəsirova və Raqnetta Qurbanzadə) medal qazanıb.  Bu nəticə ilə güləşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla komanda hesabında Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.

48 kq
1/8 final - Ayan Məmmədova - Milana Dadaşeva (RUS) 0:8
Təsəlliverici görüş - Ayan Məmmədova - Suzana Seicariu (ROU) 4:6

55 kq
1/8 final - Maria Kuznetsova (RUS) - Alyona Kolesnik 6:6*
1/4 final - Alyona Kolesnik - Sonia Baudin (FRA) 6:2 (təmiz qələbə)
1/2 final - Alyona Kolesnik - Anastasia Krasnova (EST) 3:2
FİNAL - Patrizia Liuzzi (İTA) - Alyona Kolesnik 8:2

63 kq
1/8 final - Therese Persson (SWE) - Raqnetta Qurbanzadə 2:4
1/4 final - Alleksandar Amghez (ROU) - Raqnetta Qurbanzadə 10:2 (təmiz qələbə)
1/2 final - Raqnetta Qurbanzadə - Lyubov Ovçarova (RUS) 3:14
Bürünc medal görüşü - Kouma Labroque (FRA) - Raqnetta Qurbanzadə 1:4

72 kq
1/8 final - Vivien Szaraz (HUN) - Səbirə Əliyeva 0:11
1/4 final - Səbirə Əliyeva - Natalia Strzalka (POL) 4:0 (təmiz qələbə)
1/2 final - Səbirə Əliyeva - Francy Radelt (GER) 4:0 (təmiz qələbə)
FİNAL - Anastasia Şustova (UKR) - Səbirə Əliyeva 2:8

Yarışı canlı olaraq aşağıdakı linklərdən izləmək mümkündür. 

A - http://livestream.com/unitedworldwrestling/events/4147263
B - http://livestream.com/unitedworldwrestling/events/4147260
C - http://livestream.com/unitedworldwrestling/events/4147296



Oxu 4068 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW