AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.06.2015 22:20

GAÇ-2015: Elis və Leyla gümüş, Türkan bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

Sərbəst güləş yığmamızın üzvləri çempionatı 1 qızıl - Səid Həmidov (120 kq) və 3 bürünc medalla - Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) başa vurub. 

Çempionatın üçüncü günündə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Çempionata uğurlu başlayan Türkan Nəsirova (44 kq) ardıcıl olara Polşa və Rumıniyadan olan rəqiblərini tam üstnlüklə məğlub edib. Ancaq yarımfinalda bolqar güləşçi ilə görüş rəqibin xeyrinə başa çatıb. Türkan Nəsirova Rusiya təmsilçisi ilə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Görüş güləşçimizin qələbəsi ilə başa çatıb və Türkan Avropa çempionatının bürünc medalına sahib olub. 

51 kq çəki dərəcəsində yarışan Leyla Qurbanova çempionatın 1/4 finalından mübarizəyə qoşulub. İtaliya və Almaniya güləşçiləri üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda Leyla Ukrayna idmançısına uduzub və Avropa çempionatını gümüş medalla başa vurub. 

67 kq-da mübarizə aparan Elis Manolova da inamlı təsir bağışlayıb və finala yüksəlib. Final yolunda o ilk olaraq Rusiya, ardınca isə Ukrayna və Belarus idmançılarını mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə güləşçimiz Almaniya təmsilçisinə uduzub və çempionatın gümüş medalına yiyələnib. 

44 kq 
1/8 final - Türkan Nəsirova - Katarzina Pekla (POL) 6:2 (təmiz qələbə)
1/4 final - Türkan Nəsirova - Dobre Tabita (ROU) 10:0 (təmiz qələbə)
1/2 final - Migalena Selişka (BUL) - Türkan Nəsirova 4*:4
Bürünc medal görüşü - Anjelika Fedorova (RUS) - Türkan Nəsirova 2:7

51 kq 
1/4 final - Arianna Carieri (İTA) - Leyla Qurbanova 0:6
1/2 final - Eva Sauer (GER) - Leyla Qurbanova 0:10 (təmiz qələbə)
FİNAL - Leyla Qurbanova - Olena Kremzer (UKR) 0:5

59 kq 
1/8 final - Almaz İsmayılova - Kriszta İncze (ROU) 3:8

67 kq 
1/8 final - Elis Manolova - Galina Bulatova (RUS) 6:0
1/4 final - Alla Belinska (UKR) - Elis Manolova 0:6
1/2 final - Yauheniya Andreiçikava (BLR) - Elis Manolova 2:3 (təmiz qələbə)
FİNAL - Elis Manolova - Nicole Amann (GER) 2:6


Oxu 4265 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW