AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.06.2015 21:49

GAÇ-2015: Səid qızıl, Hacımurad bürünc medal qazandı / FOTO-VİDEO

Materialı qiymətləndirin
(5 səs)
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

Çempionatın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimizdən Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medal qazanıb. 

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

66 kq-da mübarizə aparan Teymur Məmmədov ilk görüşdə İsveçrədən olan rəqibini üstələsə də, Türkiyə təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Estoniya və Ermənistan idmançılarını mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə Teymur Gürcüstan idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb. 

84 kq çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov ilk görüşdə Ermənistan təmsilçisini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısına uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. İtaliya təmsilçisi üzərində tam üstünlük qazanan Hacımurad Polşa idmançısı ilə həlledici görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. 

120 kq-da mübarizə aparan Səid Həmidov mübarizəyə 1/4 finaldan qoşulub. Ukrayna və Rusiya idmançıları üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda rəqib Türkiyə təmsilçisi olub. Rəqibinə tam üstünlüklə qalib gələn Səid Həmidov Avropa çempionatının qızıl medalını qazanıb. 

Beləliklə, gənclərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Sərbəst güləş yığmamızın üzvləri çempionatı 1 qızıl - Səid Həmidov (120 kq) və 3 bürünc medalla - Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) başa vurub. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.

55 kq 
1/8 final - Sezgin Pişmişoğlu (TUR) - Əfqan Xaşalov 5:4

66 kq 
1/16 final - Michael Bucher (SUİ) - Teymur Məmmədov 0:10
1/8 final - Teymur Məmmədov - Enes Uslu (TUR) 3:4
Təsəlliverici görüş - Aymar Andruse (EST) - Teymur Məmmədov 0:7
Təsəlliverici görüş - Teymur Məmmədov - Hakob Avetisyan (ARM) 8:1
Bürünc medal görüşü - Teymur Məmmədov - Avtandil Kentçadze (GEO) 2:13

84 kq
1/8 final - Hacımurad Məhəmmədsəidov - Sargis Hosepyan (ARM) 8:5
1/4 final - Hacı Rəcəbov (RUS) - Hacımurad Məhəmmədsəidov 7:2
Təsəlliverici görüş - Villiam Raffi (İTA) - Hacımurad Məhəmmədsəidov 0:2 (təmiz qələbə)
Bürünc medal görüşü - Kristof Sadovik (POL) - Hacımurad Məhəmmədsəidov 0:11

120 kq 
1/4 final - Yaroslav Ponomarenko (UKR) - Səid Həmidov 3:14
1/2 final - Səid Həmidov - Zəlimxan Xizriyev (RUS) 8:0 (təmiz qələbə)
FİNAL - Yunus Emre Dede (TUR) - Səid Həmidov 3:14



Oxu 5659 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW