AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.06.2015 08:24

GAÇ-2015: Vurğun Əliyev və Murad Süleymanov bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. 

Çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub. 

60 kq-da mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, Rusiyalı rəqiinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib və Vurğun Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb. 

74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiyalı rəqibinə məğlub olan Murad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ermənistan idmançısını üstələyən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub.

96 kq-da təmsilçimiz Turxan Qurbanov Polşa və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırmaqla çempionata uğurlu başlayıb. Ancaq yarımfinalda Rusiya idmançısı güləşçimizdən üstün olub. Bürünc medal uğrunda gərgin keçən görüşdə Finlandiyalı rəqibinə də uduzan Turxan çempionatı beşinci sırada tamamlayıb.

50 kq 
1/8 final - Bekir Şahin (TUR) - Şəhriyar Salmanov 12:2

60 kq 
1/8 final - Vurğun Əliyev - Bartosz Stavinoqa (POL) 9:0
1/4 final - Naçin Kuular (RUS) - Vurğun Əliyev 6:0
Təsəlliverici görüş - Adil Adili (MKD) - Vurğun Əliyev 0:10
Bürünc medal görüşü - Vurğun Əliyev - Dzianis Maksimau (BLR) 10:0

74 kq 
1/8 final - Georgi Paskalov (MDA) - Murad Süleymanov 0:10
1/4 final - Murad Süleymanov - Engin İsmail (BUL) 10:0
1/2 final - Murad Süleymanov - Artyom Umarov (RUS) 0:11
Bürünc medal görüşü - Murad Süleymanov - Suren Xaçatryan (ARM) 7:3

96 kq 
1/8 final - Turxan Qurbanov - Aleksandr Voytaçnio (POL) 10:0
1/4 final - Turxan Qurbanov - Kristof Vittmann (HUN) 9:5
1/2 final - Turxan Qurbanov - Yuriy Vlasko (RUS) 3:6
Bürünc medal görüşü - Jere Heino (FİN) - Turxan Qurbanov 2:1



Oxu 6625 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW