AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.06.2015 21:34

AO-2015: Hacı, Ruslan və Cəmaləddin bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilib.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb. 

Güləş yarışlarının son günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz son yarış gününü 3 bürünc medal qazanıb. 

61 kq-da mübarizə aparan Hacı Əliyev ilk görüşdə Ermənistan idmançısı Valodya Franqulyan üzərində qələbə qazanıb. Ardınca Slovakiya təmsilçisi Mikola Bolotnyuk da güləşçimizlə bacarmayıb. Yarımfinalda Rusiya güləşçisi Aleksandr Boqomoyevlə gərgin görüş keçirən Hacı finala adlaya bilməyib. Ancaq həlledici görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşı asanlıqla məğlub edən Hacı Əliyev Avropa Oyunlarının bürünc medalını qazanıb. 

70 kq çəkidə təmsilçimiz Ruslan Dibirhacıyev Polşa idmançısı Maqomedmurad Hacıyevə uduzaraq yarışa uğursuz başlasa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Ardıcıl olaraq bolqar Miroslav Kirov və macar Zsombor Gulyası məğlub edən Ruslan bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadze ilə qarşılaşan güləşçimiz yekunda üstün tərəf olub və Avropa Oyunlarının bürünc medalını qazanıb. 

Ən ağır çəkili sərbəst güləş pəhləvanlarının yarışında təmsilçimiz Cəmaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Litva idmançısı Jonas Rudaviciusu mübarizədən kənarlaşdırıb. Ardınca Türkiyəli Taha Akgüllə görüşdən məğlub ayrılan güləşçimiz rəqibin finala yüksəlməsilə təsəlliverici görüşlərə qatılıb. Polşa idmançısı Robert Baranla görüşü asanlıqla üstün tamamlayan Cəmaləddin bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Həlledici görüşdə Slovakiya idmançısı Soslan Qaqloevi də məğlub edən Cəmaləddin Məhəmmədov Avropa Oyunlarının bürünc medalına sahib olub. 

61 kq 
1/8 final - Valodya Franqulyan (ARM) - Hacı Əliyev 0:7
1/4 final - Hacı Əliyev - Mikola Bolotnyuk (SVK) 10:0
1/2 final - Aleksandr Boqomoev (RUS) - Hacı Əliyev 5:2
Bürünc medal görüşü - Munir Recep Aktaş (TUR) - Hacı Əliyev 2:10

70 kq 
1/8 final - Ruslan Dibirhacıyev - Maqomedmurad Hacıyev (POL) 2:7
Təsəlliverici görüş - Miroslav Kirov (BUL) - Ruslan Dibirhacıyev 1:4
Təsəlliverici görüş - Ruslan Dibirhacıyev - Zsombor Gulyas (HUN) 4:3
Bürünc medal görüşü - Ruslan Dibirhacıyev - Davit Tlaşadze (GEO) 6:2

86 kq 
1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (BUL) 14:2
1/4 final - Nurməhəmməd Hacıyev - Abdulraşid Sadullayev (RUS) 2:14
Təsəlliverici görüş - Tudor Vasile Zuz (İTA) - Nurməhəmməd Hacıyev 0:10
Bürünc medal görüşü - Nurməhəmməd Hacıyev - Radoslav Marcinkieviç (POL) 3:5

125 kq 
1/16 final - Jonas Rudavicius (LTU) - Cəmaləddin Məhəmmədov 0:10
1/8 final - Taha Akgül (TUR) - Cəmaləddin Məhəmmədov 5:2
Təsəlliverici görüş - Cəmaləddin Məhəmmədov - Robert Baran (POL) 11:0
Bürünc medal görüşü - Cəmaləddin Məhəmmədov - Soslan Qaqloev (SVK) 7:2

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub. 

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

 
Oxu 5519 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW