Yarışların üçüncü günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
Dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.
53 kq çəkidə mübarizə aparan təmsilçimiz Anjela Doroqan finala qədər inamla irəliləyib. Əvvəlcə Türkiyədən Merve Kenger, ardınca isə macar Mersedes Denes və moldovalı Natalia Budu üzərində inamlı qələbə qazanıb. Həlledici görüşdə onun rəqibi Polşadan Roksana Zasina olub. Gərgin keçən görüş təmsilçimizin üstünlüyü ilə başa çatıb və Anjela Doroqan Avropa Oyunlarının qızıl medalına sahib olub.
58 kq-da təmsilçimiz İrina Netreba mübarizəyə inamla başlayıb. Ardıcıl olaraq İtaliyadan Carola Rainero və bolqar Mimi Hristovanı məğlub etsə də, yarımfinalda macar Emese Barkaya uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan İrinanın rəqibi Norveçdən Qreys Bullen olub. Güləşçimiz görüşü məğlub başa vurub və 5-ci yerlə kifayətlənib.
53 kq
1/8 final - Merve Kenger (TUR) - Anjela Doroqan 2:8
1/4 final - Anjela Doroqan - Mersedes Denes (HUN) 4:0 (təmiz qələbə)
1/2 final - Natalia Budu (MDA) - Anjela Doroqan 2:5 (təmiz qələbə)
FİNAL - Anjela Doroqan - Roksana Zasina (POL) 3*:2
58 kq
1/8 final - Carola Rainero (ITA) - İrina Netreba 4:6
1/4 final - Mimi Hristova (BUL) - İrina Netreba 4:6
1/2 final - İrina Netreba - Emese Barka (HUN) 2:5
Bürünc medal görüşü - Qreys Bullen (NOR) - İrina Netreba 4:0
63 kq
1/8 final - Elmira Qəmbərova - Henna Johansson (SWE) 0:4
75 kq
1/8 final - Gözəl Zutova - Oksana Vaşçuk (UKR) 2:4
Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.