AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
15.06.2015 09:17

AO-2015: Mariya qızıl, Nataliya bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir.

Yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub. 

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 

48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ardıcıl olaraq Portuqaliyadan Lilian Santos, Fransadan Julie Sabatie və İsveçdən İvona Matkovska üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi bolqar Elitsa Yankova olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz görüşü vaxtından əvvəl qələbə ilə başa vuraraq Avropa Oyunlarının qızıl medalına sahib olub.  

55 kq-da mübarizə aparan Nataliya Sinişin İtaliyadan Patrizia Liuzzi və Türkiyədən Bediha Gün üzərində qələbə qazansa da, gərgin keçən yarımfinal görüşündə İsveçdən Sofia Mattssona məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Görüş güləşçimizin tam üstünülyü ilə başa çatıb və Nataliya Sinişin yığmamıza bürünc medal qazandırıb.  

48 kq 
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (FRA) 11:0
1/2 final - Ivona Matkovska (SWE) - Mariya Stadnik 2:8 (təmiz qələbə)
FİNAL - Mariya Stadnik - Elitsa Yankova (BUL) 12:1

55 kq
1/8 final - Patrizia Liuzzi (ITA) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (TUR) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (SWE) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (UKR) - Nataliya Sinişin 0:10

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL) 4:14

69 kq 
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS) 0:5

Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.


Oxu 4878 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW