AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.06.2015 23:11

AO-2015: Elvin qızıl, Sabah gümüş, Həsən bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(11 səs)
Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir.

Yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub. 

İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ikinci yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

Mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb. Yarımfinalda gərgin keçən görüşü uduzan Həsən bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə onun rəqibi Serbiya təmsilçisi Aleksandr Maksimoviç olub. Bu görüşdə əldə etdiyi qələbə Həsən Əliyevə Avropa Oyunlarının bürünc medalını qazandırıb. 

75 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev gərgin keçən görüşləri inamla başa vurub və finala yüksəlib. Final yolunda güləşçimiz Slovakiyadan Riçard Riqo, Rumıniyadan İonel Puskasu, Rusiyadan Çingiz Labazanov və gürcü Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Elvin Mürsəliyev Serbiya idmançısı Viktor Nemeslə qarşılaşıb. Rəqibinə şans verməyən güləşçimiz Avropa Oyunlarının güləş yarışında Azərbaycana ikinci qızıl medalı qazandırıb. 

130 kq-da təmsilçimiz Sabah Şəriəti də finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Ukraynalı Mikola Kuçmii, gürcü Jakobi Kajaia və belaruslu İoseb Çuqoşvili üzərindəki inamlı qələbələr güləşçimizə qızıl medal şansı verib. Həlledici görüşdə Sabah Şəriəti Türkiyə idmançısı Rıza Kayaalpla qarşılaşıb. Gərgin keçən görüş Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb. Sabah Şəriəti ilk Avropa Oyunlarının gümüş medalına yiyələnib. 

66 kq 
1/16 final - Saçino Davitaia (GEO) - Həsən Əliyev 2:4
1/8 final - Daniel Janecic (CRO) - Həsən Əliyev 0:5
1/4 final - Mixail Siamionau (BLR) - Həsən Əliyev 0:3
1/2 final - Həsən Əliyev - Miqran Arutyunyan (ARM) 5:8
Bürünc medal görüşü - Aleksandr Maksimoviç (SRB) - Həsən Əliyev 0:4

75 kq
1/16 final - Riçard Riqo (SVK) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - Ionel Puskasu (ROU) 2*:2
1/4 final - Çingiz Labazanov (RUS) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 3:2
FİNAL - Viktor Nemes (SRB) - Elvin Mürsəliyev 1:5

85 kq
1/16 final - Saman Təhmasibi - Fabio Parisi (ITA) 8:0
1/8 final - Maksim Manukyan (ARM) - Saman Təhmasibi 9:0

130 kq 
1/8 final - Sabah Şəriəti - Mikola Kuçmii (UKR) 8:0
1/4 final - Jakobi Kajaia (GEO) - Sabah Şəriəti 2:5
1/2 final - Ioseb Çuqoşvili (BLR) - Sabah Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (TUR) - Sabah Şəriəti 3:1

Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.

 
Oxu 11285 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW