AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.06.2015 21:40

AO-2015: Rəsul qızıl, Rafiq gümüş, Elman bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(17 səs)
Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

“Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.  

Yarışların ilk günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 

59 kq-da mübarizə aparan Elman Muxtarov gürcü Gizo Meladze, Norveç Stig-Anre Berg üzərində qələbə ilə başlasa da, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə Elman erməni idmançısı Roman Amoyanla qarşılaşıb. Görüş güləşçimizin 9:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Elman Muxtarov ilk Avropa Oyunlarının bürünc medalına sahib olub.  

71 kq çəkidə təmsilçimiz Rəsul Çunayev Moldova idmançısı Daniel Kataraqa ilə gərgin keçən görüşü qələbə ilə başa vurduqdan sonra xorvat Dominik Etlinger və bolqar Svilen Kostadinovu asanlıqla mübarizədən kənarlaşdırıb və finala vəsiqə qazanıb. Finalda güləşçimiz rəqibi macar Balint Korpasiyə də heç bir şans verməyib və ilk Avropa Oyunlarının güləş yarışlarında Azərbaycan yığmasına ilk qızıl medalı qazandırıb.  

80 kq-da mübarizə aparan Rafiq Hüseynov ardıcıl olaraq Avstriyadan Mixael Vaqner, Bolqarıstandan Daniel Aleksandrov və Türkiyədən Selçuk Çebi üzərində inamlı qələbə qazanıb. Keçirdiyi görüşlərdə 30 xal qazanan Rafiq heç bir rəqibinə bir xal belə verməyib. Qızıl medal uğrunda son görüşdə güləşçimizin rəqibi Rusiya idmançısı Yevgeni Saleev olub. Rəqibinə uduzan Rafiq Avropa Oyunlarının gümüş medalını qazanıb.  

98 kq çəkidə gənc güləşçimiz Orxan Nuriyev ardıcıl İsveç güləşçisi Teodoros Tunusidis və Litva güləşçisi Vilius Laurinaitisi üstələyib, ancaq Rusiya idmançısı İslam Maqomedova məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Orxan Estoniyadan Ardo Arusaarı üstələyib və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə təmsilçisi Cenk İldem olub. Güləşçimiz bürünc medal görüşündə uduzub və Avropa Oyunlarını beşinci sırada tamamlayıb. 

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (NOR) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (RUS) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (ARM) - Elman Muxtarov 1:9

71 kq 
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA) 7:6
1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (CRO) 4:0
1/2 final - Rəsul Çunayev - Svilen Kostadinov (BUL) 10:0
FİNAL - Rəsul Çunayev - Balint Korpasi (HUN) 4:2

80 kq 
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT) 11:0
1/4 final - Rafiq Hüseynov - Daniel Aleksandrov (BUL) 10:0
1/2 final - Rafiq Hüseynov - Selçuk Cebi (TUR) 9:0
FİNAL - Rafiq Hüseynov - Yevgeni Saleev (RUS) 0:2

98 kq 
1/16 final - Orxan Nuriyev - Teodoros Tunusidis (SWE) 4:1
1/8 final - Vilius Laurinaitis (LTU) - Orxan Nuriyev 1:9
1/4 final - Orxan Nuriyev - İslam Maqomedov (RUS) 1:3
Təsəlliverici görüş - Ardo Arusaar (EST) - Orxan Nuriyev 0:2
Bürünc medal görüşü - Orxan Nuriyev - Cenk İldem (TUR) 0:3

Bütün azarkeşləri Heydər Əliyev adına İdman Sarayına dəvət edir, güləşçilərimizə dəstək olmağa çağırırıq.

 
Oxu 12268 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « AO-2015: Elvin qızıl, Sabah gümüş, Həsən bürünc medal qazandı / FOTO Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində güləşin təqdimatı keçirilib / FOTO-VİDEO »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW