AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.06.2015 13:45

Güləşçilərimiz Avropa Oyunlarında tam heyətlə iştirak edəcək / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Fedrasiyasının 1-ci vitse- prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev tərəfindən ilk Avropa Oyunlarında iştirak edəcək güləş üzrə yığma komandalarımızın heyəti açıqlanıb. 

Beləliklə, 13-14 iyun tarixlərində mübarizəyə aparacaq yunan-Roma güləşçilərinin yarışında ölkəmizi Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək. 

İyunun 15-16-da qadın güləşçilərin yarışında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) mübarizə aparacaq. 

Güləş yarışlarının son günündə mübarizəyə qoşulacaq sərbəst güləş yığmamızın heyətində Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. 

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.


Oxu 2536 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW