AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.06.2015 13:41

Güləş yığmalarımız Heydər Əliyev adına İdman Sarayında məşq etdi / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Oyunlara hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər. Məşq prosesini Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevlə yanaşı, vitse-prezidentlər Məhəmməd Aliomarov və Namiq Abdullayev, AGF baş katibi Əjdər Cəfərov da izləyib. 

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq. 



Oxu 3282 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW