AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
29.03.2015 22:45

U-23 AÇ-2015: İslam Abbasov bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(21 səs)
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparıb.

Çempionatın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

85 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Dünya və Avropa çempionu İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan İslam bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bolqarıstan idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb. 

Xatırladaq ki, yunan-Roma güləşçilərinin yarışında ilk gün Eldəniz Əzizli (59 kq) də bürünc medal qazanıb.

66 kq
1/8 final - Danielo Difeola (SWE) - Rövşən Tağıyev 0:5
1/4 final - Rövşən Tağıyev - Artem Surkov (RUS) 0:7
Təsəlliverici görüş - Enes Başar (TUR) - Rövşən Tağıyev 7:4

75 kq
1/16 final - Peter Nagy (HUN) - Fuad Əliyev 4:3

85 kq
1/16 final - İslam Abbasov - Andrey Qladkix (UKR) 10:8
1/8 final - İslam Abbasov - Emil Sandahl (SWE) 3:2
1/4 final - Denis Kudla (GER) - İslam Abbasov 4:1 
Təsəlliverici görüş - Bekxan Ojdoev (RUS) - İslam Abbasov 2:2*
Bürünc medal görüşü - İslam Abbasov - Nikolay Dobrev (BUL) 7:5

130 kq
1/8 final - Tiberiu Barbazan (ROU) - Oyan Nəzəriani 1:10
1/4 final - Sergey Semyonov (RUS) - Oyan Nəzəriani 8:0
Təsəlliverici görüş - Aleksandros Papadatos (GRE) - Oyan Nəzəriani 4:3






Oxu 6457 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW