AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
28.03.2015 15:35

U-23 AÇ-2015: Eldəniz Əzizli bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli U-23 Avropa çempionatının bürünc medalına sahib olub. 

59 kq
1/8 final - Eldəniz Əzizli - Beliak Yahor (BLR) 8:0
1/4 final - Knipli Csongor (HUN) - Eldəniz Əzizli 0:9
1/2 final - Eldəniz Əzizli - Viktor Ciobanu (MDA) 2:6
Bürünc medal görüşü - Tamaş Nadj (SRB) - Eldəniz Əzizli 1:6

71 kq
1/16 final - Mixal Kosla (POL) - Ceyhun Əliyev 4:7
1/8 final - Ceyhun Əliyev - Aleksey Kiyankin (RUS) 0:4

80 kq
1/8 final - Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov 3:2

98 kq
1/4 final - Orxan Nuriyev - Peter Ohler (GER) 3:3*

Xatırladaq ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc medal (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik (55 kq)) və 2 bürünc medal (Solmaz Həşimzadə (53 kq) və Elmira Qəmbərova (63 kq)) qadın güləşçilərin payına düşüb.





Oxu 5122 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW