AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.03.2015 23:22

U-23 AÇ-2015: Solmaz və Elmira bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(9 səs)
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında  bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb. 

Gənclər arasında Dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Səbirə çempionatı beşinci sırada tamamlayıb.

Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

53 kq
1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10
1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)
1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2
Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə 11:12

63 kq
1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5
Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova 0:3

75 kq
1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13
Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN) 2:8



Oxu 4149 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW