AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
21.06.2014 22:12

GAÇ-2014 beşinci gün: İbrahim Nurullayev Avropa çempionu oldu / VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(17 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan İbrahim Nurullayev finala qədər inamla irəliləyib. Bu yolda o, ardıcıl olaraq olaraq Bolqarıstan, Polşa və Rusiya güləşçilərindən üstün olub. Həlledici qarşılaşmada isə rəqib Rumıniya təmsilçisini məğlub edən İbrahim Avropa çempionu olub.

96 kq-da Orxan Nuriyev macar rəqibindən üstün olsa da, Norveç güləşçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi təmsilçimizə Türkiyə güləşçisi ilə təsəlliverici görüşə çıxmaq imkanı verib. Bu görüşdən qalib ayrılan Orxan Nuriyev Gürcüstan güləşçisi ilə bürünc medal uğrunda güləşib. Ancaq görüş təmsilçimiz üçün uğurlu alınmayıb və Orxan Nuriyev Avropa çempionatını 5-ci sırada tamamlayıb.

50 kq
1/8 final - Petrov Nedyalko (BUL) - İbrahim Nurullayev 1:8
1/4 final - Yakoub Karoleviç (POL) - İbrahim Nurullayev 0:8
1/2 final - Aleksey Kinjiqaliev (RUS) - İbrahim Nurullayev 6:7
FİNAL - İbrahim Nurullayev - Aleksandru Botez (ROU) 5:1

60 kq
1/16 final - Kərim Cəfərov - Erik Torba (HUN) 8:0
1/8 final - Maksim Yevtuşenko (UKR) - Kərim Cəfərov 12:7

74 kq
1/8 final - Tsimur Berdiyev (BLR) - Hacımurad Bağmanov 8:0

96 kq
1/8 final - Zsolt Torok (HUN) - Orxan Nuriyev 1:3
1/4 final - Orxan Nuriyev - Feliks Baldauf (NOR) 2:10
Təsəlliverici görüş - Fatih Başköy (TUR) - Orxan Nuriyev 1:3
Bürünc medal görüşü - Orxan Nuriyev - Kukuri Kirtsxalia (GEO) 0:3





Oxu 2162 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2