AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
20.06.2014 22:36

GAÇ-2014 dördüncü gün: Elmira Qəmbərova gümüş medal qazandı / VİDEO

Materialı qiymətləndirin
(3 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 1 gümüş medal qazanıb.

63 kq-da mübarizə aparan Elmira Qəmbərova Polşa və Çexiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda onun rəqibi Türkiyə təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin xeyrinə başa çatıb. Elmira Qəmbərova gümüş medalla kifayətlənib. 

72 kq çəki dərəcəsində Səbirə Əliyeva ilk görüşündə məğlub olsa da, rəqibin finala yüksəlməsi ona medal şansı verib. Təsəlliverici görüşə qatılan güləşçimiz Belarus təmsilçisinə tam üstünlüklə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb və Səbirə Avropa çempionatını 5-ci yerdə tamamlayıb.

48 kq
1/4 final - Şəfəq Muradzadə - Josetin Frederiksen (SWE) 1:4

55 kq
1/8 final - Solmaz Həşimzadə - Tetiana Kit (UKR) 0:11

63 kq
1/4 final - Aqniesko Krol (POL) - Elmira Qəmbərova 0:10
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:4, tuşe
FİNAL - Elmira Qəmbərova - Buse Tosun (TUR) 9:20

72 kq
1/8 final - Səbirə Əliyeva - Zsanet Nemeth (HUN) 2:6
Təsəlliverici görüş - Səbirə Əliyeva - Natalia Lanko (BLR) 10:0
Bürünc medal görüşü - Səbirə Əliyeva - Gamze Durukan (TUR) 8:11






Oxu 1203 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2