AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
19.06.2014 22:08

GAÇ-2014 üçüncü gün: Türkan və Raqnetta bürünc medal qazandı / VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəkidə təmsil olunub. Onlardan ikisi bürünc medal qazanıb.

44 kq-da mübarizə aparan Türkan Nəsirova 1/4 finaldan yarışa başlayıb. İlk görüşdə Ukrayna güləşçisini təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Belarus təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada Polşadan olan rəqibinə qalib gələn Türkan Avropa çempionatının bürünc medalına sahib olub.

51 kq çəkidə Almaz İsmayılova ardıcıl Slovakiya və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rumıniya güləşçisinə uduzan Almaz bürünc medal uğrunda mübarizə aparıb. Macar idmançısı ilə görüşdə uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

67 kq-da təmsilçimiz Raqnetta Qurbanzadə Polşa və Avstriyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Ancaq yarımfinalda İtaliya təmsilçisi güləşçimizdən üstün olub. Raqnetta Qurbanzadə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə şans verməyən güləşçimiz qələbə qazanıb və Avropa çempionatının bürünc medalına sahib olub.

44 kq
1/4 final - Anastasiya Yamnuik (UKR) - Türkan Nəsirova 0:8, tuşe
1/2 final - Türkan Nəsirova - Ksenya Stankeviç (BLR) 0:5
Bürünc medal görüşü - Veronika Sikora (POL) - Türkan Nəsirova 4:17

51 kq
1/8 final - Vasiliki Kiparissova (SVK) - Almaz İsmayılova 1:14
1/4 final - Janika Vakkila (FİN) - Almaz İsmayılova 2:4
1/2 final - Simona Pricob (ROU) - Almaz İsmayılova 10:6
Bürünc medal görüşü - Mersedes Deneş (HUN) - Almaz İsmayılova 4:1

67 kq
1/8 final - Laura Roboçinska (POL) - Raqnetta Qurbanzadə 0:7
1/4 final - Raqnetta Qurbanzadə - Martina Kuenz (AUT) 10:0
1/2 final - Dalma Caneva (İTA) - Raqnetta Qurbanzadə 4:2
Bürünc medal görüşü - Sofiya Georgiyeva (BUL) - Raqnetta Qurbanzadə 0:7




Oxu 1269 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2