AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
18.06.2014 21:39

GAÇ-2014 ikinci gün: 1 qızıl və 1 gümüş medal / VİDEO

Materialı qiymətləndirin
(10 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Bununla da gənclərin Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 1 gümüş medal qazanıb. 

66 kq çəkidə mübarizə aparan Murad Süleymanov finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub və Avropa çempionatının gümüş medalına sahib olub.

84 kq çəki dərəcəsində Nurməhəmməd Hacıyev də finala qədər bütün rəqiblərində üstün olub. Bolqarıstan, Moldova və Ukrayna güləşçiləri üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda Gürcüstan güləşçisi ilə gərgin keçən qarşılaşmada üstün olan Nurməhəmməd Avropa çempionu adını qazanıb.

120 kq-da mübarizə aparan Oyan Nəzəriani ilk görüşündə gürcü rəqibinə uduzsa da, rəqibin finala yüksəlməsi onun təsəlliverici görüşə qatılmasına imkan verib.  Almaniya təmsilçisi üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Ancaq güləşçimiz həlledici görüşdə Rusiya idmançısına uduzub və çempionatı beşinci sırada tamamlayıb.

55 kq
1/8 final - Taras Markoviç (UKR) - Ruslan Qasımov 17:10

66 kq
1/16 final - Ion Plop (ROM) - Murad Süleymanov 3:10
1/8 final - Binenbaoum Kirillos (GRE) - Murad Süleymanov 0:10
1/4 final - Surko Raşitxanov (BLR) - Murad Süleymanov 5:10
1/2 final - Murad Süleymanov - Yavuz Haydar (TUR) 7:6
FİNAL - Omari Gurjidze (GEO) - Murad Süleymanov 5*:5

84 kq
1/8 final - Mladen Vasilev (BUL) - Nurməhəmməd Hacıyev 0:10
1/4 final - Oktavian Stavila (MDA) - Nurməhəmməd Hacıyev 0:10
1/2 final - Mraz Cafaryan (UKR) - Nurməhəmməd Hacıyev 2:5
FİNAL - Nurməhəmməd Hacıyev - Giorgi Çxartişvili (GEO) 8:6

120 kq
1/8 final - Geno Petriaşvili (GEO) - Oyan Nəzəriani 10:0
Təsəlliverici görüş - Oyan Nəzəriani - İlya Litvinov (GER) 7:0
Bürünc medal görüşü - Oyan Nəzəriani - Kazbek Xubulov (RUS) 2:7






Oxu 2524 dəfə
Tweet

Comments   

 
0 #1 elnur 2014-06-18 20:32
murat cempiyondu brattt
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2