AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.06.2014 23:47

GAÇ-2014 ilk gün: Hacımurad və Səid beşinci oldu / VİDEO

Materialı qiymətləndirin
(8 səs)
Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. 2 güləşçimiz 5-ci olub.

74 kq çəkidə mübarizə aparan Hacımurad Ömərov yarımfinala qədər inamlı təsir bağışlayıb. Ardıcıl olaraq Litva, Moldova və Fransa güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda gürcü rəqibinə uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Son rəqib Türkiyə güləşçisi olub, ancaq gərgin keçən görüş güləşçimiz üçün uğurlu alınmayıb.

96 kq-da güləşən Səid Həmidov ilk görüşdə Ukrayna təmsilçisinə uduzsa da, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Gərgin keçən qarşılaşmada erməni rəqibini üstələyən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Almaniya təmsilçisinə uduzan Səid Avropa çempionatını 5-ci sırada tamamlayıb. 


50 kq
1/8 final - Fərid İsmayılov - Maksim Blyaze (UKR) 9:15

60 kq
1/8 final - Georgi Kaliyev (BLR) - Vurğun Əliyev 4:4*
1/4 final - Mehmet Ali Daylak (TUR) - Vurğun Əliyev 9:8

74 kq
1/16 final - Hacımurad Ömərov - Andrius Mazeika (LTU) 11:1
1/8 final - Aleksandru Buzulan (MDA) - Hacımurad Ömərov 2:9
1/4 final - Hacımurad Ömərov - Zəlimxan Hacıyev (FRA) 6:4
1/2 final - Tarzan Maisuradze (GEO) - Hacımurad Ömərov 10:0
Bürünc medal görüşü - Murat Ertürk (TUR) - Hacımurad Ömərov 4:2

96 kq
1/8 final - Səid Həmidov - Murazi Mçedlidze (UKR) 1:5
Təsəlliverici görüş - Səid Həmidov - Viktor Kazişvili (ARM) 15:14
Bürünc medal görüşü - Səid Həmidov - Gennadiy Cudinoviç (GER) 0:11





Oxu 8138 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW