AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.05.2014 09:59

Olimpiadaya lisenziya qazanan qızlarımız Vətənə qayıdıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışlarını başa vuran qızlardan ibarət güləş üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıb.

Güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatını 2 qızıl medalla tamamlayıb. Qızıl medalları yığmamıza Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb. Yeniyetmə qızlarımız Nanjinqdə keçiriləcək ikinci Olimpiya Oyunlarına qazandıqları 2 lisenziyanı 2 qızıl medalla əldə edib. Ancaq FİLA qaydalarına əsasən hər bir ölkə qızların yarışında yalnız 1 güləşçi ilə iştirak edə bilər.

Olimpiya Oyunlarına lisenziyanı qızıl medall qazanan Türkan Nəsirova qələbə həyəcanını belə paylaşıb:

"Federasiya rəhbərliyinə, məşqçilərimizə öz təşəkkürümü bildirirəm ki, bizə lazım olan şəraiti yaradırlar,  hər cür dəstək göstərirlər. Avropa çempionu olduğum üçün çox sevinirəm. Arzulayıram ki, Nanjinqdə keçiriləcək Olimpiya Oyunlarında da qızıl medal qazanıb, xalqımızı və federasiyamızı sevindirim".


Oxu 3240 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW