AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.05.2014 15:59

YAÇ-2014 beşinci gün: Olimpiya Oyunlarına daha 2 lisenziya / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Xatırladaq ki, bu çəki dərəcələri Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına lisenziya qazandırır. FİLA qaydalarına əsasən hər bir ölkə Olimpiya Oyunlarında 2 çəkidə idmançı ilə iştirak edə bilər. Güləşçilərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib. 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqə 2 lisenziyanı da təmin edib.

Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq-da mübarizə aparan Cabbar Nəcəfov finala qədər inamla güləşib. Ardıcıl olaraq Gürcüstan və Ukrayna güləşçilərini məğlub edən təmsilçimiz yarımfinalda erməni rəqibinə də şans verməyib və finala vəsiqə qazanıb. Bununla da güləşçimiz Nanjinq Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Finalda onun rəqibi Türkiyə güləşçisi olub. Rəqibinə şans verməyən güləşçimiz Avropa çempionatının qızıl medalını qazanıb.

58 kq çəkidə güləşçimiz İsrafil Yaqubzadə mübarizəyə Fransa təmsilçisi üzərində qələbə ilə başlasa da, Rusiyalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Rumıniyalı idmançını üstələyib və bürünc medal şansını davam etdirib. Həlledici görüşdə İsrafil Yaqubzadə Ukrayna təmsilçisi ilə qarşılaşıb. Güləşçimiz uduzaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəki dərəcəsində təmsilçimiz İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb və ardıcıl olaraq Yunanıstan, Xorvatiya, Belarus və Ukraynadan olan güləşçiləri mübarizədən kənarlaşdırıb. Finala yüksəlməklə güləşçimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanıb. Finalda güləşçimiz Almaniya təmsilçisi ilə qarşılaşıb. Rəqibindən üstün olan güləşçimiz Avropa çempionatının qızıl medalına sahib olub.

85 kq-da mübarizə aparan Soslan Fanziyev Fransa güləşçisi ilə görüşdən qalib ayrılsa da, növbəti mərhələdə Rusiya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı yaradıb. Təsəlliverici görüşlərdə Fanziyev Serbiya və Almaniya təmsilçilərini üstələyib. Həlledici görüşdə onun rəqibi Macarıstan güləşçisi olub. Onu da tam üstünlüklə məğlub edən təmsilçimiz çempionatın bürünc medalını qazanıb.

42 kq
1/8 final - İvaylo Radev (BUL) - Nofəl Babayev 11:2

50 kq
1/8 final - Coni Xetsuriani (GEO) - Cabbar Nəcəfov 1:9
1/4 final - Oleksandr Qryuşin (UKR) - Cabbar Nəcəfov 5:9
1/2 final - Cabbar Nəcəfov - Vahe Sarksyan (ARM) 2:0
FİNAL - Cabbar Nəcəfov - Uğur Davut Beytekin (TUR) 10:0

58 kq
1/8 final - Zarouri Oussama (FRA) - İsrafil Yaqubzadə 0:9
1/4 final - Arslan Zubairov (RUS) - İsrafil Yaqubzadə 5:2
Təsəlliverici görüş - İrinel Botez Mihai (ROU) - İsrafil Yaqubzadə 1:2
Bürünc medal görüşü - İsrafil Yaqubzadə - Pərviz Nəsibov (UKR) 0:5

69 kq
1/16 final - Kristos Çeiletzaris (GRE) - İslambek Dadov 0:3
1/8 final - Antonio Kamenjasevic (CRO) - İslambek Dadov 3:3*
1/4 final - İslambek Dadov - Yauheni Lisenka (BLR) 9:0
1/2 final - Elmar Nurəliyev (UKR) - İslambek Dadov 0:3
FİNAL - Karan Mosebax (GER) - İslambek Dadov 2:7

85 kq
1/16 final - Xalis Qılmanov (FRA) - Soslan Fanziyev 3:9 (tuşe)
1/8 final - Mark Bemalian (RUS) - Soslan Fanziyev 12:4
Təsəlliverici görüş - Jovan Kalaba (SRB) - Soslan Fanziyev 0:8
Təsəlliverici görüş - Soslan Fanziyev - Feliks Kaestner (GER) 8:0
Bürünc medal görüşü - Soslan Fanziyev - Dominik Lajsz (HUN) 9:0


Oxu 3530 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2