AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.05.2014 22:17

YAÇ-2014 üçüncü gün: 2 güləşçimiz 5-ci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində yeniyetmə qızlar mübarizəyə qoşulub. Azərbaycan 3 çəki dərəcəsində təmsil olunub.

43 kq-da mübarizə aparan Ülkər Babayeva ilk görüşündə Rusiya güləşçisini üstələyib, ancaq yarımfinalda Ukrayna güləşçisi ilə görüşü uduzub. Bürünc medal uğrunda güləşçimiz Polşa təmsilçisi ilə qarşılaşıb. Ancaq gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb və Ülkər beşinci yerlə kifayətlənib. 

56 kq çəkidə Ləman Qurbanova da ilk görüşünü qələbə ilə başlayıb. Bolqarıstan təmsilçisini mübarizədən kənarlaşdıran güləşçimiz Polşalı rəqibinə uduzub. İtaliya təmsilçisi ilə təsəlliverici görüşdən üstün ayrılan Ləman Qurbanova bürünc medal uğrunda həlledici görüşə çıxıb. Türkiyə idmançısı ilə görüş isə güləşçimiz üçün uğurlu alınmayıb və o, Avropa çempionatı 5-ci sırada tamamlayıb.

43 kq

1/4 final - Ülkər Babayeva - Atanaska Ruseva (RUS) 12:2
1/2 final - Ülkər Babayeva - Yevgeniya Pavlova (UKR) 0:11
Bürünc medal görüşü - Dominika Jupoviç (POL) - Ülkər Babayeva 5:4

49 kq
1/8 final - Evelina Ciunek (POL) - Tatyana Varantsova 8:4
Təsəlliverici görüş - Tatyana Varantsova - Aleksandra Nitsenko (RUS) 0:4

56 kq
1/8 final - Neli Georgieva (BUL) - Ləman Qurbanova 5:6
1/4 final - Ləman Qurbanova - Aleksandra Volçinzska (POL) 0:10
Təsəlliverici görüş - Aurora Campagna (ITA) - Ləman Qurbanova 1:5
Bürünc medal görüşü - Ləman Qurbanova - Ayşe Vatansever (TUR) 4:6


Oxu 5824 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW