AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.04.2014 13:05

Sərbəst və qadın güləşçilərimiz Vətənə qayıdıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında çıxışını yekunlaşdıran sərbəst və qadın güləşçilərdən ibarət yığma komandalarımız Bakıya qayıdıb.

Xatırladaq ki, qadın güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş, sərbəst güləşçilərimiz isə 2 qızıl və 2 gümüş medalla tamamlayıb.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında çempionatda iştirak edən qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) qızıl və İrina Netreba (58 kq) gümüş medala sahib olub. Komanda hesabında yığmamız 6-cı pillədə qərarlaşıb.

Sərbəst güləşçilərimiz isə baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında çempionatda iştirak edib. Güləşçilərimizdən Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) isə gümüş medala yiyələnib. Komanda hesabında sərbəst güləş yığmamız Qitə ikincisi olub.



Oxu 6270 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW