AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
17.03.2014 13:07

Qadın güləşçilərin Avropa çempionatı üçün son hazırlığı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Avropa çempionatına hazırlığın son mərhələsini Minskdə keçəcək. Sabahdan Belarusiya yığm komandası ilə birgə təlim-məşq toplanışlarına başlayacaq komanda bu gün yola düşəcək.

Martın 30-dək davam edəcək təlim-məşq toplanışında yığma komandanın əsas heyəti iştirak edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə 6 güləşçi yer alıb.

Minskdə keçiriləcək təlim-məşq toplanışına Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq) və Nadya Sementsova (69 kq) cəlb olunub.

Birgə təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamızın üzvləri Finlandiyanın Vantaa şəhərində keçiriləcək Avropa çempionatına yollanacaq.


Oxu 811 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2