AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw vaz yt
15.03.2014 12:11

AGF I vitse-prezidenti Namiq Əliyev yığma üzvləri ilə görüşüb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Aprelin 1-dən 7-dək Finlandiyanın Vantaa şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı yarışları keçiriləcək.

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar Avropa çempionatı öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşüb, hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlıq vəziyyəti və sağlamlıqları ilə maraqlanıb.

Xatırladaq ki, Mərakeş, Rumıniya və Bolqarıstan güləşçiləri də yığma komandalarımızla birgə təlim-məşq toplanışında iştirak edir.


Oxu 1219 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2