AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
08.07.2013 22:58

Avropa çempionu sərbəst güləşçilər Vətənə qayıdıb / FOTO

Materialı qiymətləndirin
(2 səs)
Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionatını uğurla başa vuran sərbəst güləş üzrə Azərbaycan yığması Vətənə qayıdıb.

Komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, idman azarkeşləri və media nümayəndələri qarşılayıb.

Güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev yarışda idmançılarımızın qazandıqları nailiyyəti yüksək qiymətləndirib.

"27 ölkə arasında Azərbaycan millisinin komanda hesabında birinci olması böyük hadisədir. İlk dəfədir ki, millimiz bu nailiyyəti qazanır".

Bu uğuru ölkədə idmana göstərilən dövlət qayğısı ilə əlaqələndirən A.Abdullayev güləşçilərin qitə çempionatına daha ciddi hazırlaşacaqlarını diqqətə çatdırıb.

Avropa çempionu Ruslan Surxayev yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib: “Çox sevinirəm ki, ermənistanlı idmançını məğlub etdim. Bu qələbə mənə çempion olmağımda böyük təkan verdi. Azərbaycan bayrağını Makedoniyada dalğalandırdığım üçün xoşbəxtəm”.

Xatırladaq ki, Avropa çempionatında 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa birincisi olub. İkinci sırada Rusiya (53 xal), üçüncü sırada isə Türkiyə (52 xal) qərarlaşıb.


Oxu 1949 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2