AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
Friday, 21 June 2013 14:33

AÇ-2013 dördüncü gün: yeniyetmə qızların yarışı tamamlanıb / YENİLƏNİB

  • Print
  • Email
Rate this item
(28 votes)
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizəyə qoşulub. 5 çəki dərəcəsindən 3-də Azərbaycan güləşçiləri öz qüvvələrini sınayıb.

46 kq-da Sona Tumarxanova mübarizəyə 1/8 final mərhələsindən başlayıb. İlk görüşündə məğlub olan təmsilçimiz mübarizəni erkən dayandırıb. 

52 kq çəkidə təmsilçimiz Leyla Orucova 1/8 final mərhələsində İspaniya güləşçisi ilə qarşılaşıb. İlk görüşünü qələbə ilə başa vuran Leyla bu uğurun davamını gətirə bilməyib. Macar güləşçisinə uduzan güləşçimiz çempionatı medalsız tamamlayıb.

70 kq-da yığmamızın üzvü Rəhilə Quluzadə mübarizəyə 1/4 final mərhələsindən qoşulub. Urkayna təmsilçisinə məğlub olan güləşçimiz rəqibinin finala yüksəlməsi ilə bürünc medal şansı qazanıb. Təmsilçimiz həlledici görüşdə Polşa güləşçisi ilə qarşılaşsa da, bu imkanı dəyərləndirə bilməyib.

Xatırladaq ki, Avropa çempionatında yeniyetmə qızların mübarizəsində ilk gün yığmamız Türkan Nəsirova (43 kq) ilə 1 bürünc medal qazanıb.


Read 1711 times
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2

Copyright by GavickPro 2011. All rights reserved.

Select style: Red Brown