AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
21.06.2013 10:36

Avropa çempionu güləşçilər Vətənə qayıdıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan sərbəst güləş yığması Vətənə qayıdıb.

Avropa çempionlarını Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşərkən bunları deyib:

“Çempionata yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız ikinci olmuşdu. Bu il hədəfimiz çempion olmaq idi. Buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı – çempion olmalıydıq. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə bu nailiyyəti əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edir, güləş azarkeşlərini təbrik edirəm”.

Xatırladaq ki, Avropa çempionatında yeniyetmə sərbəst güləşçilərimiz 4 qızıl, 4 bürünc medal qazanaraq 75 xalla Avropa birincisi olub, ikinci yeri Rusiya (74 xal), üçüncü yeri isə Urkayna (61 xal) komandası tutub.



Oxu 631 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2