AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
31.03.2011 17:12

Mariya Stadnik üçüncü dəfə Avropa çempionu oldu - VİDEO

Materialı qiymətləndirin
(0 səs)
Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Yarış proqramının üçüncü günündə Azərbaycanın 3 qadın güləşçisi meydana çıxıb.
Yığmamızın lideri Mariya Stadnik (44 kq) startda ispaniyalı Sara Mariya Sançes Parra ilə qarşılaşıb və qələbə qazanıb. Ardından britaniyalı Yana Stadnikə də eyni aqibəti yaşadan idmançımız yarımfinalda da Nina Matkovskanı mübarizədən kənarlaşdıraraq, adını finala yazdırıb. Qızıl medal qazanmaq üçün Stadnik həlledici görüşdə ukraynalı Kristina Daranutsaya qalib gəlməli idi ki, o, bu vəzifənin də öhdəsindən layiqincə gəlib və baş mükafata sahib çıxıb.

Anjela Doroqan (51 kq) isə startda fransalı Vanessa Bubriemə qalib gəlsə də, növbəti görüşündə Nataliya Budu qarşısına aciz qalıb. Sözügedən idmançının finala vəsiqə qazana bilməməsi isə güləşçimizin bürünc medal qazanmaq arzusunu da gözündə qoyub.
55 kq-da yarışan Kəmalə Əliyeva isə rumın Anna Mariya Pavalı mübarizədən kənarlaşdıra bilməyib. O, rəqibinə 2:2, 0:4, 0:7 hesabıyla uduzduqdan sonra bürünc şansına malik olsa da, rumıniyalının finala çıxa bilməməsi idmançımızın medalsız qalmasına səbəb olub.

---------

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Yarış proqramının üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulur.

48 kq – 1/8 final
Mariya Stadnik (AZE) - Sara Mariya Sançes Parra (ESP)

51 kq – 1/8 final
Anjela Doroqan (AZE) - Vanessa Bubriem (FRA)

55 kq – 1/8 final
Kəmalə Əliyeva (AZE) - Anna Mariya Paval (ROU)

İlkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da, final qarşılaşmaları isə 22.00-da başlayacaq. Azarkeşlər final görüşlərini Rusiyanın NTV SPORT PLYUS kanalından canlı yayımla, gecə saatlarında isə Türkiyənin TRT-3 kanalından videoyazı ilə izləyə biləcəklər.

Oxu 4707 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Yunan-Roma güləşçilərimiz Avropa çempionatına hazırlıqları davam etdirir Azərbaycan AÇ-də daha 1 qızıl və 3 bürünc qazandı - VİDEO »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW