ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
18.09.2010 10:24

Yeniyetmələrin təsnifat yarışları: 1 saylı nümayəndəlik

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
Sərhədçi Olimpiya İdman Mərkəzində Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə (1994-1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turnirinə vəsiqə uğrunda AGF-nin Bakı  nümayəndəliyinin təsnifat yarışları başa çatıb. İlk iki gün sərbəst güləşçilərin gərgin mübarizəsi ilə yadda qalıb.

Ümumilikdə, 215 pəhləvanın iştirak etdiyi sərbəst güləş yarışlarında fəxri kürsünün ən yüksək pilləsində Sadıq Sadıqov (42 kq, ROİL), Əli Quliyev (46 kq, Pəhləvan), Röyal Eyyubov (50 kq, ROİL), Ruslan Aslanov (54 kq, Neftçi), Nurlan Ağayev (58 kq, ROİL), Alim Qurbanov (63 kq, Zenit), İlkin Abbasov (69 kq, Təhsil), Arzu Hacıyev (76 kq, Zenit), Aqşin Məmmədov (85 kq, ROİL), Ağaşirin Qarayev (100 kq, UGİM) qərarlaşıb.

Son iki gündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb.

275 pəhləvanın iştirak etdiyi yunan-Roma güləşi yarışlarında fəxri kürsünün ən yüksək pilləsində Əli Məmmədov (42 kq, ROİL), Murad Bazarov (46 kq, ROİL), Şahin Zahidov (50 kq, ROİL), Sakit Quliyev (54 kq, Neftçi), Toğrul Dəmirov (58 kq, Neftçi), Orxan Nuriyev (63 kq, Təhsil), Elnur Vəliyev (69 kq, “Cəngi” GK), Elməddin Ramazanov (76 kq, “Cəngi” GK), Kamran Babayev (85 kq, ROİL), Türmən Eyyubov (100 kq, ROİL) qərarlaşıb.

Xatırladaq ki, Helsinki Olimpiadasının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə (1994-1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turniri 14-17 oktyabr 2010-cu il tarixdə Bakı şəhərində keçiriləcək.

Прочитано 2561 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2