ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
16.08.2010 11:03

Sinqapur Olimpiadasında güləşçilərimiz ilk gün 2 qızıl medal qazanıb

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

 

Yeniyetmələr arasında ilk Olimpiya Oyunlarının medalları uğrunda mübarizə avqustun 15-də başlamışdır.

Yarışların birinci günü güləşçilərimiz yunan-Roma üslubunda yarışmışlar. İdmanın bu növündə Azərbaycan idmanının şərəfini Murad Bazarov və Elman Muxtarov qoruyurlar. Hər iki təmsilçimiz bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu adını qazanmışlar.

Respublika Olimpiya İdman Liseyinin yetirməsi Murad Bazarov (42 kq-dək) ilk olaraq ukraynalı Aleksey Şabskini, daha sonra Ekvador təmsilçisi Henri Pilayı məğlubiyyətə uğratmışdır. O, həlledici görüşdə Kuba təmsilçisini məğlub edərək Birinci Yay Olimpiya Oyunlarının qalibi olmuşdur.

Digər təmşilçimiz "Neftçi" İSM-in yetirməsi Elman Muxtarov (50 kq) belaruslu Andrey Pikuzaya və kubalı Yohan Rodriges Bangelaya qalib gəlmişdir. O, qızıl medal uğrunda həlledici görüşdə Özbəkistan təmsilçisi Nurbek Xakkulovu məğlub edərək Birinci Yay Olimpiya Oyunlarının qalibi olmuşdur.

Singapore 2010 - Men's Greco-Roman 42Kg - Gold Medal Contest

Прочитано 2650 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2