ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
12.08.2010 13:58

Sinqapur Olimpiadasında güləşçilərimiz tam heyətlə iştirak edəcək

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti bu gün Sinqapura yola düşəcək.

26 növ üzrə keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan yığması 8 növdə 12 idmançı ilə təmsil olunacaq. Sinqapura bu gün yola düşəcək komandamızın heyətində 5 güləşçimiz yer alıb. Onlardan 2-si sərbəst, 2-si yunan-Roma, 1 nəfəri isə qadın güləşi üzrə qüvvəsini sınayacaq.

Yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq), sərbəst güləş üzrə Kənan Quliyev (54 kq) və Əli Maqomedabirov (100 kq), qadın güləşində isə Patimat Baqomedova (52 kq) ölkəmizi təmsil edəcək. Güləşçilərimiz olimpiadada sərbəst güləş üzrə yığmamızın böyük məşqçisi Vahid Məmmədov və yunan-Roma güləşi üzrə yığmamızın böyük məşqçisi İlqar Abdulovun rəhbərliyi altında çıxış edəcək.

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov güləş yarışlarında hakimlik edəcək.

Qeyd edək ki, Sinqapur Olimpiadasında güləş yarışları 15-17 avqustda baş tutacaq. Avqustun 15-də yunan-Roma güləşçiləri, 16-da qadınlar, 17 avqustda isə sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

 

 

Прочитано 2028 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2