Artıq Azərbaycan tərəfi FİLA-ya Sinqapur Olimpiadasında təmsil olunacağımız çəkiləri sifariş edib. Bu, sərbəst güləşdə 54 və 100 kq, yunan-Roma güləşində 42 və 50 kq çəki dərəcələridir. Yeniyetmə qızların yarışında isə ölkəmiz 52 kq çəki dərəcəsində təmsil olunacaq. 52 kq çəki dərəcəsində çıxış edən Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medal qazanıb və Olimpiadaya vəsiqəni təmin edib.
Qeyd edək ki, AGF Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və Olimpiya kateqoriyali hakimimiz Hicran Şərifov lisenziya turnirində ən çox etibar olunan hakimlər olublar. Artıq indidən əminliklə demək olar ki, Ə.Cəfərov Sinqapur Olimpiyadasına hakim kimi yollanacaq.
00.26 - 23 may
Bu gün Sinqapur Olimpiadasına vəsiqə uğrunda Polşada keçirilən təsnifat turnirində yeniyetmə qızların mübarizəsi başlayır.
İki çəki dərəcəsində turnirdə iştirak edən yığmamızın rəqibləri dünən keçirilən püşkatma zamanı bəlli olub.
46 kq – Aydan Səfərli – Petra Olli (FİN) (1/8 final)
52 kq – Patimat Baqomedova – Silvia Szults (POL) (1/8 final)
İlk görüşlər Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
Fotolar üçün
European Qualifying Tournament for the YOG - Cadet 21-23 MAY Poznan/Poland