ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
21.05.2010 11:15

Sərbəst güləşçilərimiz 3 çəkidə Olimpiya lisenziyası qazandılar

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Sərbəst güləşçilər arasında bu gün keçirilən görüşlərdə 3 pəhləvanımız finala yüksəldi və Sinqapurda keçiriləcək yeniyetmələrin Olimpiadasına vəsiqəni təmin etdi. Bunlar 46 kq – Mircəlal Həsənzadə, 54 kq – Kənan Quliyev və 100 kq – Ali Maqomeddabirov oldu.

46 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə bolqarıstanlı Georgi Vanqelovu (3:0, 8:0), erməni güləşçisi Artak Hovanisyanı (2:1, 4:4, 5:2), ukraynalı Maksim Blyazeni (1:0, 4:1) məğlub edərək finala yüksəldi. Finalda onun rəqibi rusiyalı Aldar Baljinimayev olacaq.

54 kq çəki dərəcəsində Kənan Quliyev ilk görüşündə Rumıniya güləşçisi Raul Donunu (2:0, 7:1), daha sonra ardıcıl olaraq rusiyalı Hüseyn Şahbanovu (3:0, 1:1, 1:0), gürcü Laşa Bitaraşvilini (3:3, 7:0) məğlub etdi. Yarımfinalda almaniyalı Manuel Volfer üzərində (2:0, 7:4) qələbə qazanaraq Sinqapur Olimpiadasına vəsiqəni təmin edən güləşçimizin finaldakı rəqibi türkiyəli Mehmet Ali Daylak olacaq.

63 kq çəki dərəcəsində Nurlan Hacıyev ardıcıl olaraq litvalı Artiom Çaldeyevi (4:1, 7:1), erməni güləşçisi Samvel Petrosyanı (6:0, 5:0) məğlub etsə də, yarımfinalda gürcü İrakli Mosidzeyə (3:6, 1:7) məğlub olub. Olimpiadaya vəsiqə qazana bilməsə də, təmsilçimiz turnirin bürünc mükafatı uğrunda mübarizə aparacaq.

76 kq çəki dərəcəsində təmsilçimiz Pərviz Axundov İsrail güləşçisi Hanoç Raçaminlə görüşdən qalib (1:0, 7:1) ayrılsa da, belaruslu Aliksandr Huştinə (2:0, 1:3) məğlub olaraq lisenziya şansını əldən verib. Belarus güləşçisi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb.

100 kq çəki dərəcəsində güləşən Ali Maqomeddabirov ilk görüşündə türkiyəli Muhammed Bandırma üzərində (4:0, 3:0) inamlı qələbə qazandı, ardıcıl olaraq ukraynalı İvan Zaxarovu (1:0, 2:0), yunanıstan təmsilçisi Aleksis Kauslidisi (5:0, 6:0) məğlub edərək finala yüksəldi. Finalda təmsilçimizin rəqibi rusiyalı Roman Koçiyev olacaq.

10.15

Bu gün Polşanın Poznan şəhərində sərbəst güləşçilər Sinqapur Olimpiadasına lisenziya uğrunda yarışacaqlar.

 

Dünən keçirilən püşkatma mərasimində pəhləvanlarımızın ilk rəqibləri bəlli olub:

 

46 kq – Mircəlal Həsənzadə – Georgi Vanqelov (BOL) (1/8 final)

54 kq – Kənan Quliyev – Raul Donu (RUM) (təsnifat)

63 kq – Nurlan Hacıyev – Artiom Çaldeyev (LİT) (1/8 final)

76 kq – Pərviz Axundov – Hanoc Rachamin (İSR) (1/8 final)

100 kq – Ali Maqomeddabirov – Məhəmməd Enes Bandırma (TÜR) (1/8 final)

 

Dünən həmçinin, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev idmançılarla görüşüb, onlarla yarışqabağı söhbət edib. Çəki prosesindən sonra baş tutan görüşdə Namiq Əliyev güləşçilərin vəziyyəti ilə maraqlanıb. “Siz güləş tariximizdə yeni səhifə yazmaq astanasındasınız” deyən vitse-prezident idmançılara uğurlar arzulayıb.

 

Прочитано 1928 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2