ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
13.09.2018 18:54

Sərbəst və qadın güləşçilərimiz Aleksandr Medved turnirində / HEYƏT

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə beynəlxalq turnir keçiriləcək.

Ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvəsini sınayacaq.

Minskdə 9 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Murtuzəli Müslümov, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Kənan Əliyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin 7 üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.
Прочитано 874 раз
Твитнуть

Добавить комментарий


Защитный код
Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW