ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
11.09.2018 14:28

Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk" / FOTO-VİDEO

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Sentyabrın 2-də başlayan hazırlıq prosesi ayın 15-dək davam edəcək. Millimizin baş məşqçisi Şaban Donat toplanışla bağlı AGF-nin saytına açıqlama verib:

“Hazırlıqlar plan üzrə gedir. Göygöldə keçirdiyimiz bundan öncəki təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət ayırmışdıq. İndi taktiki-texniki çalışmalara üstünlük veririk. Ancaq yalnız zalda yox, açıq havada da məşqlərimiz olur. Komandada vəziyyət yaxşıdı. Ab-hava yüksəkdir. Sentyabrın ortalarında Belarusda keçiriləcək Oleq Karavaevin xatirə turnirində çatışmazlıqları aşkara çıxaracağıq. Daha sonra həmin çatışmazlıqlar üzərində işləyəcəyik. Dünya çempionatına yaxşı hazırlaşıb, Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün lazım olan şəraiti yaradıb”.

Mütəxəssis güləşçilərimizdən yalnız birinin zədəli olduğunu dedi: “Hazırda yığma üzvlərindən yalnız Rəsul Çunayev aramızda deyil. O, indi Türkiyənin Antalya şəhərində bərpa prosesi keçir. Dünya çempionatına kimi sıralarımıza dönəcəyi gözlənilir”.

https://www.youtube.com/watch?v=qF4lYSDDrpM
Прочитано 1073 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW