ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
08.09.2018 21:44

Namiq Əliyev: “Bu gün bizim heç bir problemimiz yoxdur”

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)

Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev sərbəst güləşçilərimizin məşqini izləyib.

Hazırlıq prosesinin gedişində idmançılar və məşqçilərlə görüşən Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü daha sonra güləşimizin bu günü, qarşıdakı yarışlar və hədəflərlə bağlı da açıqlamalar verib:

“Federasiyadan bir müddətlik ayrılsam da, güləşdən uzaq düşməmişdim. Güləşçilərimizin çıxışlarını diqqətlə izləyirdim. Bizdə hər şey qaydasındadır. Çoxlu perspektiv vəd edən gənc güləşçilər yetişib. İK-nın iclası ilə bağlı Romada olanda gənclər arasında Avropa çempionatı keçirilirdi. Orada olarkən yeni istedadlı güləşçilərimizi gördüm. Bizi gənclər və böyüklər arasında dünya çempionatı gözləyir. Gənclərə diqqəti artırmışıq. London Olimpiadasının qalibi olanda Toğru Əsgərovun hələ 19 yaşı vardı. Sentyabrın 17-də başlayacaq gənclərin dünya çempionatında çıxış edəcək güləşçilərimiz gələcəkdə Olimpiadada ölkəmizi təmsil edəcək.

Bu mundial Tokio-2020-yə hazırlıq xarakteri daşıyır. Əsas dünya çempionatı gələn il olacaq. Çünki Qazaxıstanda keçiriləcək yarış Olimpiadaya lisenziya verəcək. Budapeştdəki mundial isə yığmanın heyətini müəyyənləşdirmək üçün əlverişli olacaq. Bəzi çəkiləri bir daha nəzərdən keçirəcəyik. Güləşçilərin kateqoriyalara necə uyğunlaşmalarına baxacağıq. Fikrimcə, bu DÇ çəkilər üzrə seçimdə həlledici olacaq. Çünki növbəti il eksperiment edə bilməyəcəyik. Hələ bəzi güləşçilər çəkilər üzrə əsl yerini tapmayıb. Bizim üçün əsas olimpiya kateqoriyalarıdır. Budapeştdə həm də əsas rəqiblərimizi nəzərdən keçirəcəyik.

Bu gün bizim heç bir problemimiz yoxdur. Hər şey qaydasındadır. Hazırlıq prosesi plan üzrə gedir. Bizə müxtəlif ölkələrdən toplanış keçməyə gəlirlər.

Böyüklər, gənclər və yeniyetmələrin yarışında daim nəticə vermişik. İdman növləri arasında nadir hallarda belə uğur olur. Bütün kateqoriyalar üzrə nailiyyətlərimiz sabit olub. Bütün yaş qruplarında dünya və Avropa çempionlarımız var. Artıq yerli qızlarımız yetişib. Onlardan biri ölkəmizi Yeniyetmələrin Yay Olimpiya Oyunlarında təmsil edəcək. Avropa və dünya çempionatlarında komanda hesabında bir qayda olaraq ilk “3-lük”də oluruq. Bizim böyük potensialımız var.

Azərbaycan dünyanın ən güclü yığmalarından sayılır və bu səbəbdən komandalarımıza qarşı həmişə diqqət olur. Hər zaman məşqlərdə yeni texniki elementlərdən istifadə etməyə çalışırıq. Eyni hazırlıq metoduyla həm Avropada, həm də dünyada ən güclü olmaq mümkün deyil. Təbii ki, biz də rəqiblərimizi diqqətlə izləyirik. Sözsüz, Avropada əsas rəqibimiz Rusiyadır. Ancaq Türkiyəni də siyahıdan silmək olmaz. Onların da çox güclü komandası var. Dünya arenasında Yaponiya ciddi rəqiblərdən biridir. Bizi güclü rəqabət gözləyir”.
a
Прочитано 240 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW