ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
06.10.2016 13:57

Yunan-Roma güləşində yeni dəyişiklik - parter ləğv edildi / QƏRAR

  • Печать
  • Эл. почта
Оцените материал
(2 голосов)
Bir müddət əvvəl Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib. Bu dəyişiklərdən biri yeniyetmə və gənclər arasında keçirilən yarışlarda parter qaydasının ləğv olunması idi. Böyüklər yaş qrupunda isə bu dəyişikliyə Rio Olimpiadasından sonra yenidən baxılması qərarlaşdırılmışdı. (Bax: Yunan-Roma güləşində 5 xallıq qiymətləndirmə bərpa edildi / DƏYİŞİKLİK)

Dünya Güləş Birliyi artıq bu dəyişikliyi təsdiqləyib və ötən il yarım ərzində yeniyetmə və gənclər yaş qrupunda tətbiq edilən bu qayda artıq böyüklər arasında keçirilən yarışlarda da tətbiq ediləcək. Yəni artıq passiv güləşməyə görə parter tətbiq edilməsi qaydası ləğv edilib. 

Belə ki, passiv güləşməyə görə ilk dəfə güləşçiyə şifahi xəbərdarlıq ediləcək və protokolda qeyd ediləcək. Eyni güləşçi yenə də passivlik nümayiş etdirərsə ona rəsmi xəbərdarlıq veriləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilərsə o zaman ikinci rəsmi xəbərdarlıq veriləcək və rəqibin hesabına 1 (bir) xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1  (bir) texniki xal verilərək qiymətləndiriləcək.

Bütün bu hallarda - passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq. 
 
Mənbə: DGB-nin rəsmi saytı
Прочитано 1947 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2