ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
10.03.2015 16:10

AGF ilə BAOƏK arasında anlaşma memorandumu imzalanıb / FOTO

Оцените материал
(4 голосов)
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında memorandum imzalanıb. Anlaşmaya əsasən, aprel ayında güləş yarışları üzrə test turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə yeniyetmə və gənc güləşçilər aprelin 16-dan 19-dək Heydər Əliyev adına İdman-Konsert kompleksində qüvvələrini sınayacaqlar. Yarışlar Avropa Oyunlarına test xarakteri daşıyacaq. Memorandumun imzalanma mərasimində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, Federasiyanın baş katibi Əjdər Cəfərov və Bakı-2015 Avropa Oyunları Əməliyyat komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak ediblər.

Əvvəlcə çıxış edən AGF-nin I vitse-prezidenti Namiq Əliyev deyib ki, hər il ənənəvi keçirilən AGF kuboku yarışlarının bu dəfəki formatı fərqli olacaq.

"Artıq bir sıra xarici ölkələr turnirdə iştirak etmək üçün müraciət ediblər. Güman olunur ki, yarışlara 450-yə yaxın idmançı qatılacaq. Bu turnir Avropa Oyunlarına hazırlaşmaq üçün bizə çox kömək olacaq. Turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunacaq və yarışda beynəlxalq qurum tərəfindən döşəklərə edilən rəng dəyişikliyi tətbiq olunacaq. Həmçinin, yarışın mükafatlandırma mərasimi “Bakı-2015”də olduğu kimi keçiriləcək".

Öz növbəsində Elçin Səfərov AGF kubokunun yenidənqurma işlərindən sonra Heydər Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək ilk yarış olacağını vurğulayıb. Qeyd edib ki, turnir hazırlıqların hansı səviyyədə olduğunu göstərəcək.

Daha sonra tərəflər arasında memorandum imzalanıb.

Ardınca Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev media nümayəndələrinin suallarını cavablandırıb. N.Əliyev Toğrul Əsgərovun zədəsiylə bağlı bunları deyib: “Toğrulun Minskdə keçirilən turnirdəki çıxışından razı qaldım. Sadəcə, yüngül zədəsi olduğuna görə yarışları davam etdirməsini lazım bilmədik. Əsgərovun öz işinə münasibəti bizi sevindirir, o, əsl peşəkardır. Əminəm ki, Avropa Oyunlarında ümidlərimizi doğruldacaq. Tezliklə əvvəlki Toğrul Əsgərovu görəcəksiz”.

N.Əliyev qadın güləşçilərimizin bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş Dünya Kuboku yarışlarındakı çıxışını da dəyərləndirib: “Düzü, nəticə bizi məyus etdi. Çünki daha yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Sadəcə, hakimlərin kobud səhvləri bizim finala qədər irəliləməyimizə imkan vermədi. Qeyd edim ki, 2 hakim etdiyi səhvə görə yarışlardan kənarlaşdırıldı. Amma bu heç nəyi dəyişmir. Yekunda məğlubiyyətlə barışmalı olduq. Amma ümumilikdə, qadın güləşçilərimizin çıxışından razıyam”.

 
Прочитано 483 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2