ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
20.10.2009 11:40

C.Qurbanov: "Hədəf bölgələrdə güləşin səviyyəsini ən yüksəyə qaldırmaqdır"

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Məqsədyönlü iş bəhrəsini verməkdədir

"Hədəf bölgələrdə güləşin səviyyəsini ən yüksəyə qaldırmaqdır"

Bölgələrdə kütləviliyi təmin etməyi, maddi-texniki bazanı yaxşılaşdırmağı, gələcəkdə bütün milli komandalarda yalnız yerli idmançıların olmasını planlaşdıran Azərbaycan Güləş Federasiyası (AGF) bu məqsədlə ötən ilin sonunda mühüm qərarlar qəbul etdi: vitse-prezidentlərin sayı artırıldı, regional nümayəndəliklər yaradıldı. Nəticəni hiss etmək üçün çox zamana gərək qalmadı. Az keçmiş yerlərdə canlanma, oyanış baş verdi. Amma pərakəndəliyə yol verməmək, vəziyyəti işlək hala gətirmək üçün mütəxəssis, ağsaqqal təcrübəsinə ehtiyac vardı. Bu etimadın güləşimizin tanınmış siması Cavanşir Qurbanova göstərilməsi, məncə, ən doğru qərar idi.

İş başına keçdiyi vaxtda bir gün də boş dayanmayan professor, mütəmadi regionlara çıxır, yerlərdə işin mövcud vəziyyəti ilə tanış olur, sonra güləşin oradakı durumunu rəhbərliyə çatdırır; rəsmilərsə, məruzələri götür-qoy edir, dəstəyin nə ilə nəticələcəyini hesablayır, daxili imkana uyğun köməklik göstərməyə çalışırlar. Bugünkü durum son 8 ayda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin bütün regionlarını gəzmiş vitse-prezident zəhmətinin hədər getmədiyini deyir.

- Cavanşir müəllim, Azərbaycan güləşinin indiki vəziyyətini necə dəyərləndirirsiniz?

- Son zamanlar pəhləvanlarımız bizi çox sevindirirlər. Ötən il Pekində keçirilmiş Yay Olimpiya Oyunlarında gözəl nəticələrə nail olan Azərbaycan güləşçiləri, uğurun davamını cari mövsümdə də gətirdilər. İlin əvvəlində İranda təşkil edilmiş Dünya kubokunda 2-ci dəfə baş mükafata sahib çıxan sərbəst güləş üzrə yığma komandamız, apreldə Litvada keçirilmiş Avropa çempionatında tarixində ilk dəfə komanda hesabında 1-ci yeri tutdu. Bu qələbələrdən ruhlanan pəhləvanlarımız, bu yaxınlarda Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatında ümumilikdə 10 medal qazandılar. Xüsusilə ona sevinirəm ki, hər 3 yığma kollektiv ilk dəfə komanda hesabında yüksək mövqelər tutdular: qadın güləşçilərimiz 1-ci, sərbəst güləşçilərimiz 2-ci, yunan-Roma güləşçilərimiz 3-cü oldular. FİLA-nın rəsmi məlumatına görə isə, ümumi komanda yarışlarında 128 xalla Azərbaycan ilk pilləyə sahib çıxdı. Qeyd etdiyim uğurlar bir daha onu göstərir ki, bizdə güləş inkişaf edir və ölkəmiz dünya güləşində lider dövlətlərdən biridir.

Bu gün yeniyetmə və gənc güləşçilərdən ibarət yığma komandalarımızın Avropa və dünya birinciliklərində yüksək nəticələr göstərməsi isə sabaha da ümidlə baxmağa əsas verir. Hesab edirəm ki, güləşçilərimizin bu uğuru Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Güləş Federasiyasının birgə məqsədyönlü işinin nəticəsidir.

- Aydın məsələdir ki, regionlarda inşa edilən idman qurğuları güləşin inkişafını daha sürətləndirəcək.

- Kütləviliyi təmin etmək, inkişafa nail olmaq üçün ilk növbədə, idmanın maddi-texniki bazası möhkəmləndirilməli, həm paytaxtda, həm də əyalətlərdə gənclərin idmanla məşğulluğu üçün müasir tələblərə uyğun şərait yaradılmalıdır. Elə Milli Olimpiya Komitəsinin prezidenti olaraq cənab İlham Əliyevin fəaliyyətində də bu amil öz əksini tapmışdır. Ölkəmizin hər bir bölgəsində idmanın inkişafı üçün yüksək şəraitin yaradılmasını öz qarşısına məqsəd qoymuş və qısa müddətdə buna nail olmuş dövlət başçısı, gənc nəslin sağlam böyüməsində qayğısını əsirgəmir. Son dövrlər bölgələrdə sürətlə tikilən və tikilməkdə olan olimpiya kompleksləri idmanın canlanmasını, inkişafını daha da sürətləndirib.

Fərəhlisi odur ki, indi nəinki rayonlarda, hətta kənd orta məktəbləri nəzdində də standartlara cavab verən idman zalları inşa edilir, yarışlar keçirilir. Sözü gedən səfərlərdə mən dəfələrlə bunun əyani şahidi olmuşam. Güləşçilərin dövlətimizin bu qayğısından bəhrələnməsi bu idman növündə inkişafı daha da sürətləndirəcək.

- Regionlara səfərlərin məqsədi nə idi?

- Səfərlərimizin əsas məqsədi güləşçilərimizin məşğul olduqları idman klub, cəmiyyət və məktəblərindəki şəraitlə tanış olmaq, güləş olmayan rayonlarda bölmələr açmaq, onlara yerindəcə lazımi köməklik göstərmək idi. Elə rayon var ki, orada sərbəst, digərində də yunan-Roma güləşi yoxdur. Biz hər iki növün olmasına çalışırıq.

Bu səfərlərdə bəzi məsələlərin həllinə nail olduq, bəzilərindən isə ümidlə ayrıldıq.

Bundan savayı, Güləş Federasiyasının məqsədi rayonlarda İnternat məktəblərində güləş bölmələrinin açılmasıdır. Artıq biz Sumqayıt, Siyəzən və Gəncədə buna nail olmuşuq. Bu istəklə yaxınlarda Qusar rayonundan da məktub almışıq.

- Getdiyiniz rayonlarda konkret hansı işlər görüldü?

- Səfərlər zamanı məşqçilər, idmançılar, cəmiyyət rəhbərləri, gənclər və idman idarələri rəisləri, rayon icra hakimiyyəti başçıları və müavinləri ilə görüşürdük. Bu görüşlər zamanı yerlərdə güləşin inkişafına əngəl olan bir çox problemlərin aradan qaldırılmasına müvəffəq olduq.

Bundan başqa, bölgələrə səfərdə kənd məktəblərində çalışan bədən tərbiyəsi və idman müəllimlərinə seminarların təşkil edilməsi, bu müəllimlərə güləşin elementlərinin öyrədilməsi və onların yerlərdə tətbiqi, federasiya tərəfindən işlənib hazırlanmış test normativləri üzrə aşağı sinif şagirdləri üçün yarışlar keçirliməsi tövsiyə edilib.

Qeyd edim ki, seleksiya işlərinə yaxından kömək göstərən bədən tərbiyəsi müəllimlərinin zəhməti federasiya tərəfindən lazımi qiymətini alacaq; həmin güləşçinin ilk məşqçisi də o özü sayılacaq.

Görülən işlərlə bağlı sonda onu deyə bilərəm ki, hazırda təmirə ehtiyacı yaranan və məşq üçün şəraiti olan güləş zallarını qeydə alırıq. Təmirə ehtiyacı olan idman qurğuları regional nümayəndəliklərin rəhbərləri tərəfindən bir daha baxışdan keçirilir və onun təmir xərcləri hesablanır.

- Gələcək üçün hansı işlər görülməsi planlaşdırılır?

- Çalışırıq ki, regionlarda təmirə planlaşdırılan güləş zallarında bu işləri ilin sonuna qədər bitirək. Gələn ildən isə, yeni güləş zallarının inşası planlaşdırılır. Gənclər və İdman Nazirliyinin xətti ilə Bakı kənd və qəsəbələrində tikilmiş idman zallarında güləş məşğlələri keçilməsinin razılığını almışıq.

Növbəti səfərlərdə bölgələrdə qadın güləşinin kütləviliyinin təmin edilməsi istiqamətində müəyyən işləri planlaşdırırıq.

Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə hakimlər və məşqçilər üçün vaxtaşırı seminar-məşgələlərin keçirilməsi böyük fayda verir. Onlar daim maarifləndirilir, yeni dəyişikliklər barədə zamanında məlumatlandırılırlar. Bu proses gələcəkdə də, amma başqa formada davam etdiriləcək.

Adlı-sanlı güləşçilər və məşqçilərin iştirakı ilə açıq dərslərin təşkili, onların oraya təhkim edilməsi nəzərdə tutulub. Məqsəd güləşin səviyyəsini elə həddə qaldırmaqdır ki, bütün çəkilərdə rəqabət olsun. Çünki güclü, sağlam rəqabət olan yerdə inkişaf da olur.

Söhbətləşdi: Kamran HACI

Прочитано 1707 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2