ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
21.09.2009 05:00

7 saylı Nümayəndəlikdə yerli məşqçi və idmançı heyəti ilə görüş keçirilib

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)

Azərbaycan Güləş Federasiyası (AGF) kütləviliyi təmin etmək, gənclərin idmana marağını daha da artırmaq məqsədilə bölgələrdə maddi-texniki bazaların möhkəmləndirilməsi, müasir standartlara uyğunlaşdırılması işini həyata keçirir. Bu məqsədlə AGF-nin regionlar üzrə Vitse-prezidenti Cavanşir Qurbanov mütəmadi olaraq bölgələrə səfər edir, yerlərdə mövcud vəziyyətlə tanış olur, müvafiq məsləhətlər verir. Qısa müddət ərzində federasiyanın 6 regional nümayəndəliyinin ərazisində görüşlər keçirən C.Qurbanov, bu günlərdə Gəncə, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında olub. Maddi-texniki bazaların vəziyyəti ilə tanışlıq zamanı əksər idman zallarının vəziyyətinin normal olduğu bildirilib. Səfər çərçivəsində yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Ən məhsuldar görüş Qazaxda baş tutub. Rayonda xeyli sayda güləş zalının olmasına baxmayaraq, Müəllimlər Evinin zalı da pəhləvanlarımızın ixtiyarına verilib. Bu, Qazağın icra başçısı Rauf Hüseynovun dəstəyindən sonra baş tutub.

Gəncədə isə regional nümayəndəliyin baş məşqçiləri ilə görüş təşkil edilib. Görüş iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Yerli mütəxəssislərimizə Beynəlxalq Güləş Federasiyasının qəbul etdiyi yeni qaydalar barədə ətraflı məlumat verən C.Qurbanov kənd məktəblərində çalışan bədən tərbiyəsi və idman müəllimlərinə maarifləndirici seminarların keçirilməsi, müəllimlərə güləşin elementlərinin öyrədilməsi və sonradan bütün bunların tədris prosesində tətbiq edilməsinin vacibliyini bildirib.

Daha sonra görüşdə iştirak edən veteranlar arasında son dünya çempionatının qalibi Şəkərxan Əlismanova Azərbaycan Güləş Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.

Прочитано 3021 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2