ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
05.03.2010 00:00

Dünya Kubokunda rəqiblərimiz İran, Özbəkistan və ABŞ oldu

Оцените материал
(0 голосов)

Bu gün Rusiyanın paytaxtı Moskvada start götürəcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb. Son dünya çempionatında birinci və ikinci yeri tutmuş Rusiya ilə Azərbaycan yığmaları ayrı-ayrı qruplarda yer alıb.

Rusiya, Türkiyə, Ukrayna və Belarus A qrupunda, Azərbaycan, İran, Özbəkistan və ABŞ isə B qrupuna düşüb. Yarışın ilk günündə qrup mərhələsinin görüşləri keçiriləcək. Yığmamız ardıcıl olaraq, İran, Özbəkistan və ABŞ-la üz-üzə gələcək. Qrup qalibləri martın 7-də keçiriləcək finalda üz-üzə gələcəklər. Digər pillələrin sahibləri isə müvafiq olaraq, 3-cü, 5-ci və 7-ci yer uğrunda qarşılaşacaqlar.

Püşkatma mərasimində ölkəmizi təmsil etmiş sərbəst güləş üzrə vitse-prezident Maqomed Aliomarov yığmamızın normal qrupa düşdüyünü bildirib: “Qrupumuzun qalibi olmaq üçün şansımız var. Ötən ilki Dünya Kubokunun finalında məhz təşkilatçı İranı yendiyimizdən, cənub qonşularımız bizdən revanş hissi ilə alışıb-yanırlar. Bu səbəbdən, Dünya Kubokuna əsas heyətlə qatılıblar. Amma biz əsas heyət üzvlərinin heç də hamısını Moskvaya aparmamışıq. Bununla belə, yenə İranı məğlub etmək iqtidarındayıq. Düşünürəm ki qrupda birinci yeri tutmaq üçün əsas mübarizə məhz bizimlə İran arasında gedəcək. Amma təbii ki, Özbəkistan və ABŞ-a da hörmətlə yanaşırıq. Digər qrupda Rusiyanın birinci yeri tutacağına şübhə etmirəm. Hər halda finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Прочитано 2333 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2