ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
17.09.2018 15:13

Gənc güləşçilərin dünya çempionatı başlayır / HEYƏT

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)
Bu gün Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı start götürür.

Mundialda əvvəlcə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zülfüqar Əliyev (55 kq), Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) sentyabrın 17-19-da çıxış edəcək.

Ayın 19-dan 21-dək qadın güləşçilər mübarizəyə qoşulacaq. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) ölkəmizi təmsil edəcək.

Sentyabrın 21-dən 23-dək isə meydan sərbəst güləşçilərin olacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin sərəncamında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Röyal Ağamalıyev (65 kq), Xacimurad Qadjiyev (70 kq), Abubakr Abakarov (74 kq), Orxan Abbasov (79 kq), Maqomed Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Orxan Həsənov (97 kq) və Rahid Həmidli (125 kq) yer alacaq.

Qeyd edək ki, qitə birinciliyində ölkəmizi hakim kimi Sədi Quliyev təmsil edəcək.
Прочитано 926 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Объединенного Мира Борьбы


logo UWW